Bütün xəbərlər
10 fevral, 23:43

Son illərdə aparılan araşdırmalar bəzi böyük kütləli qara dəliklərin gözləniləndən daha sürətlə döndüyünü ortaya qoyub. Bu kəşf  "qara dəlik arxeologiyası" adlanan yeni bir yanaşma nəticəsində həyata keçirilib.

Bu yeni yanaşma qara dəliklərin fırlanma sürətini onların 7 milyard illik kosmik tarix boyunca yeyib-bitirdiyi qaz və tozla əlaqələndirir.

Sloan Rəqəmsal Kosmos Tədqiqatı (SDSS) layihəsinin təqdim etdiyi tapıntılara görə, bu müşahidələr bir neçə əhəmiyyətli nəticə ortaya qoyur. Birincisi, erkən kainatın əvvəlki düşüncələrdən daha nizamlı ola biləcəyi iddia edilir. İkincisi isə superkütləvi qara dəliklərin zamanla bir-biri ilə birləşərək böyüdüyü nəzəriyyəsi daha da inkişaf etdirilib. Bu prosesin qara dəliklərin ətrafdakı qaz və tozla daha çox qidalanaraq sürətlə böyüməsi ilə tamamlana biləcəyi açıqlanır.

Qara dəliklərin firlanma sürətini ölçmək çətinliklər yaradıb

Kosmik nəhənglər olan super kütləli qara dəliklər ətraflarındakı bütün qalaktikaları udmaq gücünə malikdirlər. Bu qara dəliklər günəşdən milyardlarla dəfə daha ağırdır və ümumilikdə sadə strukturlara sahibdirlər. Onları yalnız üç xüsusiyyətlə təyin etmək mümkündür: kütlə, fırlanma sürəti və az əhəmiyyətə malik olan elektrik yükü. Buna baxmayaraq, qara dəliklərin fırlanma sürətini ölçmək çox çətindir. Qara dəliklər ətrafındakı qaz və tozdan ibarət disk olan akkresiya diskinin fırlanma sürətindən ayırmaq çətindir.

Qara dəliklərin keçmişi necə öyrənilir?

Qara dəliklərin fırlanma sürətini ölçmək üçün SDSS-in "Reverberation Mapping" layihəsindən istifadə edən alimlər  yüzlərlə qara dəliyin kütlə ölçmələrini dəqiq şəkildə apararaq, bu qara dəliklərin ətrafındakı akkresiya diskinin strukturunu da müşahidə ediblər. Bu məlumatlar spektrlər şəklində əldə edilir ki, bu da alimlərin qara dəliklərin fırlanma sürətini ölçməyə imkan verir.

Qara dəliklərə düşən material özlüyündə bu obyektlərin keçmişdə necə böyüdüyünü göstərən məlumatları saxlayır. Alimlər qara dəliklərin fırlanma sürətini öyrənməklə, bu "fosil qeydlərini" oxumağa çalışırlar.

Yeni kəşf və kosmik kəşflərin gələcəyi

Bu araşdırmalar nəticəsində çoxlu sayda qara dəliklərin gözləniləndən daha sürətlə döndüyü aşkarlanıb. Ən maraqlısı isə daha uzaq qalaktikalarda yerləşən qara dəliklərin bizim kainatdakı qara dəliklərdən daha sürətlə döndüyü göstərilib. Bu, qara dəliklərin zamanla yığdığı bucaq momenti ilə fırlanma sürətlərinin artması ehtimalını ortaya qoyur.

Bu nəticələr "James Webb" Kosmik Teleskopu (JWST) vasitəsilə daha da dəqiqləşdirilə bilər. JWST-in üç illik fəaliyyətində kainatın daha erkən dövrlərində yerləşən super kütləli qara dəliklər kəşf olunmağa başlanıb.

Alimlər SDSS layihəsi ilə qara dəliklərin əsas xüsusiyyətləri haqqında empirik astrofizik təsəvvür qurmağa çalışırlar. Bu nəticələr nəzəri modellərin doğruluğunu test etmək üçün çox vacibdir.

Bu tapıntılar 14 yanvarda Amerikan Astronomiya Cəmiyyətinin 245-ci iclasında komandasının tapıntılarını təqdim edilib.

Mənbə: www.space.com

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.