
Cari ilin 16 yanvar tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbər heyəti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti arasında ATMU-nun akkreditasiya prosesinin yekununa dair görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşü çıxış sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov akkreditasiya prosesinin uğurlu keçməsində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, universitetin bundan sonrakı fəaliyyətində də TKTA ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ATMU kollektivini bu uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində müvəfəqiyyətlər arzulayıb. O, ümumilikdə bu prosesin əhəmiyyətindən bəhs edərək Akkreditasiya Komissiyası tərəfindən ATMU-ya verilən tövsiyələrin icrasının universitetin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin, TKTA və ATMU arasında əməkdaşlığın perspektivləri, beynəlxalq və proqram akkreditasiyasının əhəmiyyəti, ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin vacibliyi məsələləri müzakirə olunub.
Görüşün sonunda TKTA-nın İdarə Heyətinin sədri tərəfindən ATMU rektoruna “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər