Bütün xəbərlər
4 iyun, 19:10

Bu gün ölkəmizdə təhsilə verilən dəyər və yaradılan imkanlar minlərlə gəncin öz uğur hekayəsini yazmasına şərait yaradır. Belə yeniyetmələrdən biri - Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Gülay Mütəllibova 2014-cü ildən oxuduğu bu təhsil ocağında həm elmi, həm də sosial fəaliyyəti ilə fərqlənir. 

O, Uşaq Səfirlər Məclisinin Qax regional nümayəndəsi olmaqla yanaşı, məktəbdə yaradılmış klubun da rəhbəridir. Kitab oxumağa və intellektual yarışlara xüsusi maraq göstərən Gülayın ən böyük ilham mənbələrindən biri bacısıdır. Respublika fənn olimpiadasının (RFO) qızıl medalçısı olan bacısının uğuru onun ədəbiyyata marağını daha da artırıb.

Ədəbiyyat fənni üzrə RFO-da ardıcıl uğurlar əldə edən Gülay ilk dəfə gümüş, daha sonra qızıl medalla zirvəyə yüksəlib. Növbəti il yenidən gümüş medala layiq görülüb və nəhayət, XI sinifdə qızıl medal qazanaraq ikiqat qızıl mükafatçı olub. 

“Olimpiadalarda iştirak edən dövrlərdə yeni dostlar qazandım, fərqli insanlarla tanış oldum, çətinliklərə qarşı dözümlü olmağı öyrəndim. Bəzən yorucu, uzun və tükəndirici olsa da, hər dəfə yanımda olan müəllim və valideynlərim sayəsində motivasiyamı qorudum”,- deyən Gülay təhsil göstəriciləri ilə də fərqlənir.

O, IX sinif buraxılış imtahanında 293.7, XI sinifdə isə 293.3 bal toplayaraq akademik nailiyyətlərinin davamlılığını qoruyub saxlaya bilib. 

Bununla yanaşı, müxtəlif müsabiqə və tədbirlərdə də uğurla çıxış edib. Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində ikinci yerə layiq görülüb, 2023-cü il sentyabr konfransında çıxış edib, 2024-cü ildə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edib.

Hüquq təhsili almağa hazırlaşan Gülay gələcəkdə bu sahədə fərqlənməyi və universitet həyatında da fəallığını qorumağı qarşısına məqsəd qoyub. 

Onun sözlərinə görə, məktəbdə olduğu kimi, universitetdə də intellektual və ictimai fəaliyyətlərə qatılmaq, özünü fərqli sahələrdə inkişaf etdirmək niyyətindədir.

Gülay uğurlarının təməlində dayanan şəxsləri də unutmur:

“Ən böyük təşəkkürüm ailəmə, xüsusilə mənə hər addımda yol göstərən bacıma və əlbəttə ki, Azərbaycan dili və ədəbiyyat müəllimim Nazlı İsmayılovaya, məktəb direktorumuz Aybəniz Məmmədovaya aiddir. Onların dəstəyi mənim bu yolda ən güclü dayağım oldu”.

1 /2

Şərhlər

Xəbər lenti

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 19:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.