
Azərbaycan Texnologiya Universiteti Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlıq şəbəkəsini genişləndirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Texnologiya Universiteti ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Müqavilələrə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universitetinin rektorları tərəfindən Azərbaycan–Özbəkistan Birinci Rektorlar Forumu çərçivəsində imza atılıb.
İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər