Bütün xəbərlər
18 iyun, 14:45

İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.

Daha sonra Çinin rəhbər heyətlə təmsil olunan 5 ali təhsil müəssisəsi ilə işgüzar görüş keçirilib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə texniki elmlər, mühəndislik, tədqiqat və inkişaf sahələrində əməkdaşlığın və inteqrasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə proqramların inkişafı, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları qeyd olunub.

Xatırladaq ki, ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərinə səfəri çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib, elm, texnologiya və süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə niyyət məktubları imzalanıb.

1 /7

Şərhlər

Xəbər lenti

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda sertifikatlaşdırma imtahanı keçirilib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

18 iyun, 13:23

Kiçiklər üçün böyük imkanlar - Sabirabadda yenilənən bağça

18 iyun, 13:14

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim: Dərsliklərdəki məlumatlar kifayət etdi

18 iyun, 13:06

Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 

18 iyun, 12:48

Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 

18 iyun, 12:40

Sabahın hava proqnozu açıqlanıb

18 iyun, 12:39

Müəllimlər sertifikasiya öncəsi təəssüratlarını bölüşdülər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.