Bütün xəbərlər
21 aprel, 10:07

Bakı Avrasiya Universiteti (BAAU), Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Türkiyə–Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu start götürüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Konqres Mərkəzində başlayan hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqini BAAU-nun rektoru dosent Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ qazandığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının olduğunu bildirib. O, tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına təşəkkürünü bildirərək təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli faktor olduğunu diqqətə çatdırıb. 

NOHU-nun rektoru professor Hasan Uslu tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb. 

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinin tərəfdaşlığını təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.

Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə çıxışında gənclərin təhsildə innovativ həllər təqdim etdiyi hakatona dəstək göstərməkdən məmnun olduqlarını bildirib.

ATGTİ-nin sədri Rəşad Zeynalov Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ittifaqın aparıcı rol oynayan təşkilatlardan biri olduğunu, ölkədə keçirilən çoxsaylı tədbirlərdə təşkilatçılıqda tərəfdaş olduqlarını diqqətə çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra hakaton start götürüb və tələbələr təhsilin inkişafı istiqamətində təqdim edilmiş məsələlər üzrə praktiki işlərə başlayıb.

1 /6

Şərhlər

Xəbər lenti

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.