Bütün xəbərlər
20 may, 10:50

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika və informatika texnologiyaları fakültəsinin komandası ölkəmizdə ilk dəfə keçirilən və beynəlxalq əhəmiyyət daşıyan “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” Olimpiadasında mühüm uğura imza atıb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, fakültənin müəllimi Elvin Qurbanovun rəhbərliyi ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Nuray Abdullazadə və İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Cavad Əliyevdən ibarət komanda yarışmada birinci yerin qalibi olublar.

Qeyd edək ki, “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” müsabiqəsi dünyanın ən nüfuzlu robototexnika festivallarından biri olan “Robotex International” tərəfindən təşkil olunur. Bu mötəbər yarışma iştirakçılara mühəndislik, proqramlaşdırma, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirmək, müxtəlif ölkələrdən olan yaşıdları ilə təcrübə mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlıqlar qurmaq üçün geniş imkanlar təqdim edir.

Yarışma 19-dan çox kateqoriyanı əhatə edir və həm tələbələr, həm də peşəkarlar üçün nəzərdə tutulub. Bu isə iştirakçılara müxtəlif istiqamətlərdə özlərini sınamaq imkanı yaradır. Layihələrin hazırlanması zamanı komanda üzvlərinin nümayiş etdirdiyi yüksək texniki bilik, innovativ yanaşma və komanda işi onların uğurunda mühüm rol oynayıb.

Komandamızın əldə etdiyi nailiyyət AzMİU tələbələrinin texnologiya və mühəndislik sahəsində beynəlxalq arenada da rəqabətə davamlı olduqlarını bir daha təsdiqləyir. Bu cür uğurlar universitetin təhsil strategiyasının və elmi-tədqiqat fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu nümayiş etdirir.

1 /1

Şərhlər

Xəbər lenti

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

27 avqust, 11:20

Bu gündən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlayır

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.