Bütün xəbərlər
13 may, 15:19

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 may tarixlərini əhatə edən “Elmdə addımlar: TEC günləri” çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin qurucuları” adlı yeni layihəyə start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 13–15 may tarixlərini əhatə edən layihə sənaye və universitet əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir.

Layihənin ilk günü – 13 may tarixində keçirilən sessiyalar öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM” kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər.

Həmin gün universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə əlavə rəng qatıb. İnşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin 40 tələbəsi (hər fakültədən 20 nəfər) bu yarışa qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.

Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim olunub. Bu yarış tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya tətbiq etmələri baxımından olduqca faydalı olub.

14 may tarixində layihə “HOLCİM Academy” nümayəndəsinin təqdimatında keçiriləcək təlimlə davam edəcək. Təlim zamanı tələbələr sement və tikinti texnologiyalarındakı yeniliklərlə tanış olacaqlar. Ardınca “GEOTEST” MMC tərəfindən təşkil olunacaq sessiyalarda geotexniki araşdırmalar və torpaq mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılacaq.

15 may tarixində isə İnşaat konstruksiyaları kafedrasının müdiri, professor Muxlis Hacıyev tələbələr üçün təlim keçirəcək. Daha sonra universitetin müasir laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılacaq.

“Gələcəyin qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir.

1 /6

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.