Bütün xəbərlər
19 may, 15:00

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində 16-19 may tarixlərində AzMİU ilə Daşkənd Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedralarının birgə təşkilatçılığı nəticəsində “Yeni davamlı dünyada süni intellektin rolu: Memarlıq, təhsil, mədəniyyət və media” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, onlayn formatda keçirilən konfransın əsas məqsədi süni intellektin sürətlə inkişaf edən texnologiyaları fonunda müxtəlif sahələrə, xüsusilə memarlıq, təhsil, mədəniyyət və mediaya təsirini araşdırmaqla bu istiqamətdə müasir yanaşmaları müzakirə etmək olub.

Yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələrini, tədqiqatçıları, mütəxəssisləri və tələbələri bir araya toplayan konfrans elmi-təcrübi fikirlərin bölüşülməsi, innovativ ideyaların təqdim olunması və gələcək birgə layihələrə zəmin yaradılması baxımından məhsuldar və dinamik müzakirələrlə yadda qalıb.

Konfransın açılış mərasimində AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova çıxış edərək süni intellektin çağdaş dünyada oynadığı roldan və bu sahədə aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib.

Konfransda AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Aytən Bayramova, İtaliyanın Politecnico di Torino Universitetinin professoru Fabrizio Barpi, Daşkənd Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri T.A.Nigmatjonovna, həmin universitetin Xarici dillər kafedrasının müdiri Hilola Zakirova, Atatürk Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müəllimi dosent Mehmet Başak və AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə də çıxış ediblər.

Çıxışlarda süni intellektin müasir cəmiyyətə təsiri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Şərhlər

Xəbər lenti

19 may, 21:00

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb 

19 may, 17:48

AzMİU-da üç yeni laboratoriya istifadəyə verilib

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:09

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 17:00

Təhsillə inkişaf edən Qarabağ 

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.