
18 may tarixində Sumqayıt şəhəri 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyasının qaydaları əsasında 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 70 nəfər idmançı mübarizə aparıb.
Üzgüçülüyün sərbəst, baterflay, arxası üstə və brass üsulu ilə keçirilən yarışda qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd üzgüçülük idman növünün təbliği və inkişaf etdirilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin qeyd olunan yaş qrupu üzrə oğlan və qızlardan ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər