Bütün xəbərlər
19 may, 17:48

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris və tədqiqat infrastrukturunun müasirləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. bp şirkətinin maliyyə dəstəyi ilə universitetdə tam təchiz edilmiş üç yeni laboratoriya istifadəyə verilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yeni laboratoriyalar AzMİU-da mühəndislik sahəsində innovativ yanaşmaların və müasir tədris metodlarının tətbiqinə, eləcə də tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xidmət edir. Bu təşəbbüs bp-nin AzMİU-ya daha öncə təqdim etdiyi laboratoriyalara əlavə olaraq universitetin texniki bazasının genişləndirilməsinə yönəlib.

Yeni istifadəyə verilən laboratoriyalar aşağıdakılardır:

Ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyası – Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasına təqdim edilib;

Nasos və nasos qurğuları laboratoriyası – Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasına təqdim edilib;

Daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası – Texnoloji maşın və avadanlıqlar kafedrasına təqdim edilib.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli açılış mərasimində çıxış edərək bildirib: “İxtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır. Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, AzMİU-nun texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var”.

Layihənin ümumi dəyəri 170 245 AZN (təxminən 100 144 ABŞ dolları) təşkil edir. Bu məbləğə bütün laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, həmçinin, yeni qurğu və texnologiyalardan səmərəli istifadəni və onlara lazımi texniki xidmətin göstərilməsini təmin etmək üçün universitet heyətinə hərtərəfli təlimin keçilməsi daxildir.

1 /9

Şərhlər

Xəbər lenti

19 may, 21:00

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb 

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:09

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 17:00

Təhsillə inkişaf edən Qarabağ 

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.