Bütün xəbərlər
4 iyul, 11:10

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin beynəlxalq arenada tanınmasında və strateji inkişafında fəallıq göstərən tələbə könüllülərin təltif olunması mərasimi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, mərasimdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, Əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova, Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrasının əməkdaşları iştirak ediblər.

Mükafatlandırılıan tələbələr Strateji planlaşdırma şöbəsinin könüllü komandasında fəaliyyət göstərərək AzMİU-nun beynəlxalq reytinq sistemlərində, xüsusilə QS platformasında irəliləməsinə əhəmiyyətli töhfələr veriblər. Şöbənin əməkdaşları və bu gənclərin dəstəyi ilə universitet ilk dəfə “QS Stars” proqramı üzrə 5 ulduza layiq görülüb və “QS World University Rankings 2026” siyahısında yer alıb.  

Çıxış edənlər tələbə könüllülərin universitetin idarəetmə proseslərinə inteqrasiyasını və göstərdikləri təşəbbüskarlığı yüksək dəyərləndiriblər. Bildirilib ki, bu tələbələr universitetin müxtəlif struktur bölmələri ilə birgə çalışaraq idarəçilik və informasiya axınında fəal rol oynayıblar. Rəqəmsal hesabatların hazırlanması, analitik məlumatların toplanması, beynəlxalq tərəfdaşlarla yazışmaların təşkili və digər mühüm vəzifələri yerinə yetirməklə, onlar həm komanda ruhunu nümayiş etdirib, həm də böyük məsuliyyət daşıdıqlarını sübut ediblər.

Xüsusilə qeyd olunub ki, könüllülük fəaliyyəti tələbələrin şəxsi inkişafında da mühüm rol oynayıb. Liderlik, qərarvermə, komanda ilə işləmək, effektiv ünsiyyət və təqdimat bacarıqları kimi “soft skill” göstəriciləri bu prosesdə nəzərəçarpacaq dərəcədə güclənib. Beləliklə tələbə könüllülər universitet daxilində akademik heyət və inzibati strukturlarla əməkdaşlıq etməklə yanaşı, yerli və xarici tərəfdaşlarla peşəkar ünsiyyət bacarıqları da qazanıblar.

Mərasim zamanı qonaqlar tələbələrin bu uğurlarını AzMİU-nun gələcək inkişaf strategiyaları üçün motivasiyaedici nümunə kimi qiymətləndiriblər. 

Yekunda tələbələrə sertifikatlar və təşəkkürnamələr təqdim olunub. Könüllülərin səyləri yüksək qiymətləndirilib  və onların uğurlarına rəğbət ifadə olunub.

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.