Bütün xəbərlər
6 may, 14:22

Azərbaycan Texniki Universitetinin (AzTU) iki komandası “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsinin qalibləri olub.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ümumilikdə Azərbaycanın fərqli təhsil müəssisələrindən 187 komanda, 845 şagird və tələbənin təmsil olunduğu yarışmada iştirakçılar 21 fərqli kateqoriya üzrə yarışıblar.

Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda qlobal problemin həllinə fokuslanmış "CO2toD Project" layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqədə tələbələrin mentoru Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev olub.  

Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət digər komanda isə “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb. 

Hər iki qalib komanda iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük finala vəsiqə qazanıb.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.