Bütün xəbərlər
20 aprel, 16:56

Aprelin 19-da Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Müasir təhsil sistemində dəyərlərin təbliği” mövzusunda II Milli Təhsil Zirvəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, zirvədə Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın müəllim iştirak edib.

Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Birliyin əsas məqsədinin respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin yüksəldilməsinə yardım göstərmək olduğunu bildirib. O, Birliyin 35 illik fəaliyyəti dövründə onlarla layihəyə imza atdığını, çoxsaylı yerli və beynəlxalq konfransların, simpoziumların, forumların, seminarların keçirildiyini nəzərə çatdırıb, Milli Təhsil Zirvəsinin bundan sonrakı illərdə də fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib, tədbirin işinə uğur arzulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İdarə Heyətinin sədr müavini Mirzə Cəfərzadə Zirvə iştirakçılarını və qonaqları salamlayıb, bundan sonra da belə tədbirlərin keçirilməsinə dəstək olacaqlarını bildirib.

Məruzəçilər - Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə, millət vəkili Mehriban Vəliyeva, professor Fərrux Rüstəmov, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmov xalqımızın həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətlər, adət-ənənələrin, milli-mənəvi dəyərlərin metodikanın tərkib hissəsinə çevrilməsi istiqamətində vahid konsepsiyanın vacibliyi, təhsil sahəsində tətbiq edilən yeniliklər, təhsil islahatları, təhsildə psixoloji xidmətin aparılması istiqamətində məruzələrlə çıxış ediblər.

Sonra Türkiyə Cümhuriyyətindən Zirvəyə dəvət olunmuş qonaqlar - Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu, İzmir Yaşar Universitetinin prorektoru Hasan Atasoy, “Study in North Cyprus” Assosiasiyasının təsisçisi Selman Arslanbaş, Ankara Atılım Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Özgün Özgər təhsilin inkişaf etdirilməsi istiqamətində dəyərli fikirləri ilə tədbirə rəng qatıblar.

Daha sonra “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova çıxış edib. Qeyd edib ki, xalqımızın ən böyük dəyəri Azərbaycan torpağıdır, bu torpağın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının yetişdirilməsi təhsil müəssisələrinin qarşısında dayanan vacib məsələlərdəndir. O, Vətənə sədaqətli, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gəncliyin yetişməsi istiqamətində aparılan işlərdə müəllimlərə uğur diləyib, tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Sonda VII Muğam müsabiqəsinin diplomantı, xanəndə Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, “Yaşa Azərbaycan” mahnıları səsləndirilib.

1 /7

Şərhlər

Xəbər lenti

20 aprel, 21:35

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının reinteqrasiyası: yol xəritəsi və nailiyyətlər

20 aprel, 10:36

Bakı Slavyan Universitetinə yeni prorektorlar təyin edilib

20 aprel, 10:28

Bakı metropolitenində “Sabahın alimləri” müsabiqəsinin qalibləri görüş keçirilib

19 aprel, 15:27

Naxçıvanda Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.