Bütün xəbərlər
19 aprel, 11:27

SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” ixtisasının tələbəsi Gülnur İskəndərovanın “Bir fırçanın yolu” adlı ilk fərdi yaradıcılıq sərgisi təqdim olunub. 

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, AzMİU-nun Tarixi Muzeyinin təşkilatçılığı ilə Sərgi Salonunda reallaşan sayca 167-ci sərgidə G.İskəndərovanın 68 rəsm əsəri, 15 qrafik işi, 1 memarlıq eskizi layihəsi və 11 əl işi nümayiş etdirilib və universitetin 50 illik yubileyinə həsr olunub. Sulu boya, quaş və karandaşla işlənmiş əsərlər janr və koloristik baxımdan müxtəlifliyi ilə seçilib. 

Tədbirdə universitetin SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov və Təsviri İncəsənət kafedrasının baş müəllimi Camal Vəlibəyov sərgi ilə bağlı fikirlərini bölüşərək tələbənin yaradıcılıq potensialını yüksək qiymətləndiriblər.

Sonra söz sərginin müəllifi Gülnur İskəndərovaya verilib. O, qonaqlara və yaradıcı fəaliyyətində onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Gülnur İskəndərova 2014–2018-ci illərdə Gəncə Uşaq Rəssamlıq Məktəbində təhsil alıb. O, Gəncə şəhərində keçirilən “Azərbaycan-Türkiyə dostluğu” adlı sərgidə və Bakı şəhərində uşaq-gənclər arasında təşkil olunan “Mənim düşüncəm – 2017” adlı müsabiqə-sərgidə diplomlara layiq görülüb. Hazırda Tələbə Gənclər Təşkilatının CreArt Mədəniyyət Klubları tərkibində fəaliyyət göstərən Gənc Rəssamlar Dərnəyinin sədr müavini kimi fəaliyyət göstərir.

1 /11

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.