
Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Murad Şərifov Şimali Karolina Universitetində təhsil alır. Təxminən 28 min ABŞ dolları təqaüd qazanıb. O, bir semestr təhsil aldıqdan sonra Vətənə dönərək BANM-də təhsilini davam etdirəcək.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Bildirilib ki, Murad Şərifov təqaüd proqramı çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, Azərbaycanla bağlı təqdimat hazırlayıb. O, əcnəbi tələbə və müəllim heyətini Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıb.
Murad habelə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının və Latviyanın dövlət təqaüd proqramının qalibi olub. Almaniyanın Martin Luther Universitetində alman dili kursunda iştirakı çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini beynəlxalq tələbə və müəllimlərə tanıdaraq ölkəmizin milli mətbəxini və ənənələrini təqdim edib. O, Riqa Texniki Universitetinin yay məktəbinin iştirakçısı, 4-cü ABB “Hackathon Startup Challenge”in qalibi olub.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər