Bütün xəbərlər
23 may, 16:35

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov gənclərin elmə marağını artırmaq məqsədilə ənənəvi olaraq keçirilən elmi konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə konfranslar gənc tədqiqatçıların qazandıqları elmi nailiyyət və təcrübələrin paylaşılması, ortaq problemlərin müzakirəsi, onların həlli yolları üçün təkliflərin irəli sürülməsi, o cümlədən beynəlxalq əməkdaşlıq baxımından böyük önəm daşıyır. Prorektor Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə iqtisadi, mədəni və elmi sahələrdə mühüm uğurlara imza atıldığını, gənclərin inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda, gənclərin hazırda beynəlxalq elm aləmində layiqli yer tutmasını Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi qiymətləndirib.

Prorektor beynəlxalq tədbirə Polşa, Gürcüstan, Norveç, Pakistan və Rusiyadan olan tədqiqatçıların qatıldığını bildirib. Həmçinin konfransa 472 müraciətin daxil olduğunu, yüksək elmi standartlar əsasında aparılan dəyərləndirmə nəticəsində 357 məqalənin qəbul edildiyini deyən Ağası Məlikov aparılacaq müzakirələrin gələcəkdə elmi innovasiyalara yol açacağını, cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcəyini söyləyib və konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini Cəmilə Namazova beynəlxalq konfransa gənc tədqiqatçıların böyük maraq göstərməsinin sevindirici hal olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafı, gənclərin elmi potensialının artırılması üçün həyata keçirilən məqsədyönlü dövlət siyasətindən ətraflı bəhs edib. Habelə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində elmdə qazanılan nailiyyətləri nəzərə çatdırıb. Eyni zamanda, Ümummilli Lider tərəfindən əsası qoyulan xaricdə təhsil ənənəsinin ölkəmizə peşəkar kadrlar qazandırdığı və hazırda bu istiqamətdə icra olunan dövlət proqramları nəticəsində gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssis kimi yetişərək Azərbaycanın inkişafına töhfələr verdiklərini bildirib. Cəmilə Namazova çıxışının sonunda konfransın həm yerli, həm də xarici universitet, akademiya, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən əməkdaşlar üçün tədqiqatlarını təqdim etmək, elmi nailiyyətlərini tanıtmaq baxımdan uğurlu platforma olduğunu deyib.

Sonra konfransın plenar iclası başlayıb. İclasda BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Ərtuğrul Qayıbov və Ümumi fənlər kafedrasının baş müəllimi Elnur Nəciyevin elmi məruzələri dinlənilib.

Müzakirələrin ardınca məruzəçilərə sertifikatlar təqdim olunub.

Ümumilikdə 20-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

1 /9

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.