Bütün xəbərlər
24 may, 10:42

Milli Azərbaycan Tarixi Muzeyində “Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” mövzusunda görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gənc Tarix Müəllimləri Birliyinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyinin tərəfdaşlığı ilə keçirilən tədbir Azərbaycanın maarifçilik tarixi və müasir təhsil yolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin açılışı  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca, Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək maarifçiliyin təhsildəki əhəmiyyətindən danışdılar.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxış edərək təhsil siyasətində maarifçi ideyaların davamlılığının vacibliyini vurğuladı. Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nailə Hüseynova, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov və həmin muzeyin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək tarixi irsin müasir təhsildəki roluna dair elmi araşdırmalarını təqdim etdilər.

Görüş çərçivəsində dinləyicilərlə interaktiv müzakirələr aparıldı və onların sualları cavablandırıldı. Müzakirələrə AGMA-ya tabe Gənc Tarix Müəllimləri Birliyinin sədri Əli Abdullayev moderatorluq etdi. Tədbirin sonunda iştirakçılar muzeydə ekskursiyada oldular və görüş kollektiv foto çəkilişi ilə yekunlaşıb.

1 /9

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.