Bakı Ali Neft Məktəbində (BANM) tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi məqsədilə Karyera və Məzunlar Mərkəzinin açılışı olub.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılışda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə gənclərin məşğulluğunun təşviqi və universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.
Öz növbəsində, SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov da tədbirdə çıxış edərək mərkəz tələbə və məzunlara karyera dəstəyi və peşəkar inkişaf üçün geniş imkanlar yaradacağını qeyd edib.
Daha sonra mərkəzin rəsmi açılışı üçün qırmızı lent kəsilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər