Bütün xəbərlər
15 oktyabr, 17:30

“Bağçalar 200 manatdan 350 manata, hətta 400 manata qədər təhsil xidməti göstərə bilirlər. Təbii ki, mənim dediyim bütün bu rəqəmlər şərti məbləğlərdir. Biz onların hansı qiymətlə xidmət göstərməsindən asılı olmayaraq, 250 manatlıq hissəsini dövlət tərəfindən tənzimləyirik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.

O bildirib ki, bununla yanaşı, ayrıca tənzimləmə mexanizmi də mövcuddur: 

“Biz həmin bağçaların qrant proqramında iştirakını təmin edirik və onlara bir növ dəstək veririk ki, bu proqrama müraciət etsinlər. Bağçalar bizə müraciət edərkən ümumi təhsil haqqını 500 manata qədər təqdim edə bilirlər. Bizim qrant proqramımızda iştirak şərtlərindən biri də odur ki, təhsil haqqı 500 manatdan yuxarı olmamalıdır.

Bu qərar həm aldığımız geri dönüşlər, həm də apardığımız ilkin təhlillər əsasında formalaşıb. Təbii ki, proqramdan sonra daha detallı analizlər aparılacaq. Biz artıq müşahidə edirik ki, bəzi bağçalar əvvəlcə daha yüksək təhsil haqqı təyin etsələr də, bu proqramda iştirak edə bilmək üçün qiyməti endirirlər: “Yəni təhsil haqqı maksimum 500 manat ola bilər, 400, 300, hətta 250 manat da ola bilər. Bu, artıq bağçanın öz qərarından asılıdır. Amma yuxarı hədd – 500 manatdır və onun 250 manat hissəsini dövlət hər ay hər bir təhsilalan üçün ödəyir”.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.