
Təhsilin İnkişafı Fondunun (TİF) “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının ikinci məzun günü baş tutub.
TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqram çərçivəsində bu il 27 istedadlı gənc qadın təhsilini uğurla başa vuraraq “Parla məzunları” sırasına qoşulub. Beləliklə, indiyədək 41 iştirakçı proqramı bitirib, 59 nəfər isə hazırda təhsilini davam etdirir. Ümumilikdə “Parla” təqaüd və inkişaf proqramı 100 tələbə qız üçün təqaüd imkanı yaradıb.
Məzun Günündə “NEQSOL Holding”in nümayəndələri Meriç Tunc və Ana Nakaşidze, eləcə də Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış edərək, iştirakçılarla fikirlərini bölüşüb, onlara gələcək karyera inkişafında uğurlar arzulayıblar.
Tədbir zamanı məzunlara sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı maddi dəstəklə yanaşı, iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək göstərmək məqsədilə ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar üzrə təlimlər, “NEQSOL Holding” və onun qrup şirkətlərində təcrübə proqramları, “NEQSOL Academy” və “NEQSOL WellWave” platformalarına çıxış, eləcə də mentorluq düşərgəsi kimi imkanları özündə birləşdirib.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər