
“Müsabiqə qalibləri arasında oğlanlar üstünlük təşkil edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı "BilBacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı çıxış edərkən deyib.
O qeyd edib ki, “BilBacar” layihəsində iştirak edən təxminən 3000 nəfərin cins bölgüsü demək olar ki, yarı-yarıyadır. Lakin final mərhələsində qızların sayca üstünlük təşkil etdiyi müşahidə olunub:
“Bununla belə, qaliblər arasında oğlanların üstünlüyü nəzərə çarpır. Belə ki, son nəticələrə əsasən, qalib şagirdlərin 60 faizə yaxını oğlanlardır. Bu tendensiya layihəyə qatılan 4000–6000 nəfər arasındakı ümumi iştirakçı kütləsində də hiss olunub. Yəni iştirak səviyyəsində gender balansı qorunsa da, qalibiyyət göstəricilərində oğlanların üstünlüyü müşahidə edilir”.
İbrahim Baxışlının sözlərinə görə, bu rəqəmlər təhsil prosesində qız və oğlan şagirdlərin fərqli mərhələlərdə fərqli şəkildə uğur göstərməsi ilə bağlı daha dərindən araşdırma aparmağın vacibliyini ortaya qoyur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər