Bütün xəbərlər
3 aprel, 11:00

Göyçayda elə bir təhsil ocağı var ki, bura yalnız məktəb deyil, həm də uşaqlara böyük ailə mühiti bəxş edən isti bir yuvadır – S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya. Burada sağlamlıq imkanları məhdud və sağlam şagirdlər çiyin-çiyinə təhsil alır, həyatın bütün çalarlarını birlikdə kəşf edirlər.

“Bizim məqsədimiz təkcə uşaqlara bilik vermək deyil, onları həyata hazırlamaqdır”, – deyə profil işləri üzrə direktor müavini Gültəkin Mürşüdova söhbətə başlayır. Onun sözlərinə görə, gimnaziyada hazırda 330 şagird təhsil alır ki, onların 64-nün sağlamlıq imkanları məhduddur. Yataqxanada yaşayan şagirdlərin sayı 82 nəfərdir. Burada onlara həm mənəvi, həm tibbi, həm də sosial dəstək göstərilir: “İnklüziv təhsilə xüsusi önəm veririk. Sağlamlıq imkanları məhdud uşaqların digər şagirdlərlə birgə təhsil alması onlara gələcəkdə daha geniş sosial çevrə, fərdi inkişaf və yaradıcılıq imkanları qazandırır. Biz onları cəmiyyətə tam inteqrasiya etmək üçün mühit yaradırıq”.

İnklüziv təhsil real praktikada

Burada inklüziv tədris sadəcə nəzəri termin deyil, real praktikaya çevrilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün proqramlar onların fərdi xüsusiyyətləri nəzərə alınmaqla sadələşdirilir. Yüksək dərəcədə diqqət, qayğı və peşəkar yanaşma sayəsində inklüziv mühitdə bütün uşaqlar özlərini rahat və dəyərli hiss edirlər.

Sağlamlıq imkanları məhdud uşaqların yaradıcı potensialının üzə çıxarılmasında rəsm müəllimi Gülşən Kərimovanın rolu böyükdür. O, müxtəlif rəsm metodları və texnologiyalardan inkişaf etməklə  şagirdlərin incə motorika, yaradıcı düşüncə və bədii zövqlərini inkişaf etdirir.

“Rəsm uşaqlar üçün bir ifadə vasitəsidir. Xüsusilə sağlamlıq imkanları məhdud şagirdlərdə bu, həm terapiya, həm də özlərinə inam deməkdir. Onların çəkdiyi hər bir rəsmdə daxili aləmlərini, xəyallarını görmək mümkündür. Birlikdə müxtəlif texnologiya və metodlardan istifadə etməyimiz onlarda estetik zövqlə yanaşı, ümumi psixoloji rahatlıq da yaradır”.

Məktəbdaxili sərgilərdə nümayiş olunan bu rəngarəng rəsmlər qonaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanır.

Musiqi ilə reabilitasiya

Gimnaziyada musiqi dərslərinə xüsusi əhəmiyyət verilir. Musiqi müəllimi Sevinc Maqsudova uşaqlara not savadı, vokal vərdişləri öyrətməklə yanaşı, onlara musiqinin sevgi və ümid dolu aləmini açır. Sağlamlıq imkanları məhdud uşaqların xor ifaları, ritm üzərində qurulan oyunlar və ritmik hərəkətlər onların emosional vəziyyətinə müsbət təsir göstərir.

Sevinc müəllim vurğulayır: “Musiqi insanda daxili enerjini oyadır. Bəzi uşaqlar ilk vaxtlar utancaq olsa da, musiqi vasitəsilə öz hisslərini ifadə etməyi və komanda ilə birgə ifada iştirak etməyi öyrənirlər. Bu, onların özünəinamını yüksəldir”.

Texnologiya fənnində yumşaq bacarıqların formalaşması

Müasir məktəbdə ünsiyyət, komanda işi və yaradıcılıq kimi yumşaq bacarıqlar (soft skills) şagirdlərin gələcək həyatlarında böyük əhəmiyyət daşıyır. Texnologiya fənn müəllimi Reyhan Quliyeva bildirir ki, bu bacarıqları inkişaf etdirmək üçün əl işlərindən geniş istifadə edilir:

“Dərslərimizdə kağız aplikasiyaları, toxuma nümunələri və təsviri sənət texnikalarına yer veririk. Bu proses təkcə əl qabiliyyətlərini deyil, uşaqların səbir, məsuliyyət və əməkdaşlıq kimi sosial bacarıqlarını da inkişaf etdirir”.

Fiziki tərbiyədə balans və inkişaf

Gimnaziyanın fiziki tərbiyə müəllimi Vüsal Yusifov sağlamlıq imkanları məhdud şagirdlərlə keçirilən idman dərslərində balansın qorunmasına xüsusi diqqət yetirir:

“Əsas məqsədimiz onlara aktiv həyat tərzini aşılamaqdır. Bəzən uşaqların müəyyən məhdudiyyətləri olur, lakin biz uyğun idman növləri seçməklə onları ümumi prosesə qoşmağa çalışırıq. Bu yanaşma həm uşaqların cəmiyyətə inteqrasiyasına, həm də fiziki güclənməsinə kömək edir”.

Peşə təmayüllü siniflərin gimnaziyada önəmi

Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada peşə təmayüllü siniflərin yaradılması təsadüfi deyil. Burada “Aşpaz”, “Qənnadıçı”, “Kombi-kondisioner üzrə usta köməkçisi” və “Mebel quraşdırma üzrə usta köməkçisi” ixtisasları tədris edilir.
Gültəkin Mürşüdova vurğulayır ki, bu ixtisaslar uşaqların gələcək həyatına möhkəm dayaq ola bilər:

“Burada təhsil alan şagirdlərin bir qismi maddi imkanı aşağı olan, digərləri isə sağlamlıq imkanları məhdud kateqoriyadan olan ailələrdəndir. Onlar məktəbi bitirəndə heç olmasa, bir peşə biliklərinə sahib olub müstəqil şəkildə öz yollarını tapa biləcəklər”.

İsti ocaq və gələcəyə inam

Bu gimnaziyada hər bir uşaq – istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud - eyni dərəcədə dəyərlidir. Burada müəllimlərin fədakarlığı, psixoloq və loqopedin dəstəyi, dərnəklər və peşə təmayüllü siniflər sayəsində şagirdlər həm bilik əldə edir, həm də gələcəyə inamla addımlayırlar.

Göyçay şəhərinin bu “gizli incisi”ndən ayrılarkən gördüklərimiz bizə bir həqiqəti bir daha sübut etdi: Sevgi ilə dolu bir mühit həqiqətən də möcüzələr yaradır.

1 /5

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.