Bütün xəbərlər
24 iyun, 09:58

Gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə görüşündə Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri də iştirak ediblər.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, proqramın “Elektrik mühəndisliyi” ixtisasının III kurs tələbəsi Nəsib Əhmədov, “Elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Tahirə Bəylərova və “İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbəsi Yusif Novruzlunun təmsil olunduğu “DeepSense” komandası “Robotex” beynəlxalq yarışının Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində qalib olub. Komanda yarışın Azərbaycan mərhələsində “Maze Robot” layihəsi ilə çıxış edərək “Labirint” kateqoriyasında seçilən performans nümayiş etdirib. Hazırladıqları robot sensorlar, ağıllı alqoritmlər vasitəsilə labirintin optimal çıxış yolunu müəyyənləşdirir və bu texnoloji həllə uğur əldə edən komanda beynəlxalq yarışın dekabr ayında Estoniyanın Tallin şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Gənclərlə görüş zamanı nazir Fərid Qayıbov qazandıqları uğurlar münasibətilə onları təbrik edib, təmsil olunduqları tədbirlər, topladıqları  təcrübələr ətrafında fikir mübadiləsi aparıb. Beynəlxalq əhəmiyyətli tədbirlər, həmçinin yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıblar. Gələcək layihələrlə bağlı gənclərin fikir və təkliflərini dinləyən nazir bundan sonra da onlara dəstək veriləcəyini bildirib və uğurlarının davamlı olmasını arzulayıb.

1 /2

Şərhlər

Xəbər lenti

24 iyun, 13:52

İctimai Şuranın üzvləri müəllim və şagirdlərlə görüşüblər

24 iyun, 13:38

Gəncə müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı

24 iyun, 12:53

Emin Əmrullayev: 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir

24 iyun, 12:41

Emin Əmrullayev: “Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir”

24 iyun, 12:09

Nazir Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasından DANIŞDI

24 iyun, 12:01

Lənkəran-Astara bölgəsində 400-dən çox müəllim sertifikatlaşdırma imtahanı verir 

24 iyun, 11:53

Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazir

24 iyun, 11:51

Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 98 faizi ötüb

24 iyun, 11:51

Bu il bölgələrdə yeni liseylər yaradılacaq

24 iyun, 11:44

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanının dördüncü günüdür

24 iyun, 11:24

Texnologiyanın təhsilə inteqrasiyası qaçılmazdır – Nazir

24 iyun, 11:16

RFO-da iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb – Emin Əmrullayev

24 iyun, 11:10

Nazir: Bu il 300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbul alıb

24 iyun, 11:04

Qarabağ Universitetində yeni müəllim vakansiyası 

24 iyun, 10:43

Xaricdəki təhsilini Azərbaycanda davam etdirmək istəyənlərin NƏZƏRİNƏ!

24 iyun, 10:11

AzTU Konya Texniki Universiteti ilə elmi-tədqiqat layihələri hazırlayacaq

24 iyun, 09:58

Naxçıvanda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı artıb

24 iyun, 09:54

Məktəbdə psixoloq işləmək istəyənlər üçün Apellyasiya komissiyası fəaliyyətə başlayır

24 iyun, 09:33

BDU-da EkoEnerji Məntəqəsi açılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.