Bütün xəbərlər
26 avqust, 09:24

Bakı Slavyan Universitetində (BSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanını keçirmək üçün formalaşdırılmış müxtəlif universitetlərin nümayəndələrindən ibarət komissiya və ali təhsil müəssisələrinin təmsilçiləri ilə koordinasiya görüşü keçirilib.

Avqustun 25-də Bakı Slavyan Universitetində (BSU) mərkəzləşdirilmiş qaydada keçiriləcək fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanına hazırlıq məqsədilə imtahanqabağı Komissiya üzvləri ilə geniş tərkibdə koordinasiya görüşü təşkil olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, BSU-da 14 ali təhsil və 1 elmi tədqiqat müəssisəsindən 157 nəfər iddiaçı üçün fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı təşkil olunacaq.

Tədbirdə universitet rəhbərliyi, imtahan komissiyasının üzvləri ilə yanaşı müvafiq ali təhsil müəssisələrindən elm və innovasiya məsələləri üzrə prorektorlar və şöbə müdirləri, həmçinin təşkilati heyət iştirak ediblər. Görüş imtahan prosesinin şəffaflığını, obyektivliyini və beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədini daşıyırdı. 

İclasda çıxış edən rektor Anar Nağıyev iştirakçılara imtahanın keçirilmə mexanizmi, qiymətləndirmə meyarları, komissiya üzvlərinin funksional vəzifələri, eləcə də namizədlər üçün yaradılacaq şərait barədə ətraflı məlumat verib. İmtahan zamanı namizədlərin biliyinin obyektiv şəkildə qiymətləndirilməsi üçün müasir yanaşmaların tətbiqi, eyni zamanda komissiya üzvlərinin üzərinə düşən məsuliyyətin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Rektor qeyd edib ki, doktoranturaya qəbul prosesinin mərkəzləşdirilmiş qaydada təşkili Azərbaycan elmi mühitində yüksək ixtisaslı kadrların hazırlanmasına, doktorantura təhsilində keyfiyyətin artırılmasına və obyektiv seçim mexanizminin gücləndirilməsinə xidmət edir.

Müzakirələrdə komissiya üzvləri fikirlərini bildirərək, imtahan prosesinin təşkili və qiymətləndirmə meyarları ilə bağlı öz rəy və təkliflərini irəli sürüblər.

Koordinasiya görüşündə həmçinin imtahanın keçirilmə tarixi, gedişatı, namizədlərlə ünsiyyət qaydaları və imtahanın nəticələrinin operativ şəkildə elan edilməsi məsələləri də müzakirə olunub.

Qəbul imtahanlarının sentyabr ayının ilk həftəsində keçirilməsi planlaşdırılır.

1 /7

Şərhlər

Xəbər lenti

26 avqust, 12:02

Azərbaycanda “robot repetitor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

26 avqust, 11:46

Peşə təhsilini seçənlərin sayı 2 dəfədən çox artıb

26 avqust, 11:40

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb

26 avqust, 11:33

"Yenilənən məktəblər": Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbi – FOTOLAR

26 avqust, 11:20

Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 avqust, 11:18

Əminağa Sadıqov: Süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı prioritet olmalıdır

26 avqust, 11:06

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 avqust, 11:02

Ulduzlara doğru: Yeniyetmələrimizin elm arenasındakı parlaq uğuru

26 avqust, 10:56

Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 avqust, 10:54

Şagirdlərdən 100 faiz uğur – Bir məktəbin iki sinfi ali məktəbə qəbul oldu     

26 avqust, 10:49

Əminağa Sadıqov: Uzun illər keçirilən elmi konfransların nəticələri ürəkaçan olmayıb

26 avqust, 10:40

AMEA-nın vitse-prezidenti: “Süni intellektlə bağlı ölkədə zəruri məlumatlar yoxdur”

26 avqust, 10:19

30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb

26 avqust, 10:16

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlayır

26 avqust, 10:09

Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir

26 avqust, 09:58

EATDA ilə AzTU nümayəndə heyəti arasında görüş keçirilib

26 avqust, 09:57

Mehriban Əliyeva – Vətənə və xalqa xidmət nümunəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.