Bütün xəbərlər
18 aprel, 17:25

Bu il XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında maksimum nəticə – 300 bal toplayan şagirdlər arasında Ağsu rayonunun İlxıçı kənd M.Musayev adına tam orta məktəbin XI sinif şagirdi Xədicə Rəhimova da yer alır. 

Uğurlu nəticəsi ilə məktəbinin və rayonunun fəxrinə çevrilən Xədicə "Azərbaycan müəllimi"nə müsahibəsində bu nailiyyətinin təsadüfi olmadığını deyir. 

“Ən böyük dəstəyim ailəm və müəllimlərim idi”

Onun sözlərinə görə, uğura gedən yol əzm, dəstək və inancla formalaşıb: “İmtahanda maksimum nəticə göstərərək 300 bal toplamaq mənim üçün böyük sevinc oldu. Bu uğurun əldə olunmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”.   Xədicə qeyd edir ki, bu yolda onu ruhlandıran və hər zaman yanında olan insanlar ailəsi və müəllimləri olub: “Ən böyük dəstəkçilərim hər zaman arxamda olan ailəm və müəllimlərim idilər. Ailəmə və müəllimlərimə minnətdaram. Üzərimdəki əməkləri danılmazdır. Məktəbim bu prosesdə mənə çox dəstəyi oldu, daim inandı və güvəndi. Bu nəticə təkcə mənim yox, həm müəllimlərimin, həm də məktəbimin birgə zəhmətinin nəticəsidir.

Sınaqların rolu və planlı hazırlıq

Xədicə hazırlıq dövründə sınaq imtahanlarının rolunu xüsusi qeyd edir: “Ümumilikdə 4 buraxılış sınağında iştirak etmişəm və hər birində yüksək nəticələr göstərmişəm. Bu sınaqlar istər imtahan stressinin idarə olunmasında, istər zəif olduğum məqamları tapmaqda mənə çox kömək oldu. Sualların keyfiyyətinə görə bütün abituriyentlərə bu sınaqları tövsiyə edirəm”.

“İngilis dili mənim üçün həm ən asan, həm də ən sevimli fəndir”

Xədicə imtahan verdiyi fənlər arasında ən rahat hazırlaşdığı fənnin ingilis dili olduğunu qeyd edir: “Mənim üçün ən asan buraxılış fənni ingilis dili oldu, - deyə bilərəm. Həm sevdiyim, həm də daha yaxşı qavradığım fənn olduğu üçün hazırlığa getmədim. Sadəcə məktəb müəllimimin köməyi ilə hazırlaşdım. Ona da xüsusi minnətdaram”.

Gələcək hədəfi hüquqşünas olmaqdır 

Yüksək nəticə qazanan Xədicənin gələcək planları da aydındır. O deyir ki, bu uğur onun üçün yeni bir başlanğıcdır: “Gələcəkdə hüquqşünas olmaq istəyirəm və bu məqsəd uğrunda səylə çalışıram. İnanıram ki, zəhmət, məqsədyönlülük və dəstək olduğu müddətcə qarşıma qoyduğum hər bir hədəfə çatacağam”.

Məktəbinin, müəllimlərinin və ailəsinin fəxr etdiyi Xədicə, həmyaşıdlarına da bir tövsiyə də verir: “Çalışın, məqsədyönlü olun və əsla özünüzə inanmaqdan vaz keçməyin. Əgər istək və zəhmət varsa, nəticə gec-tez mütləq gələcək”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.