Bütün xəbərlər
12 avqust, 12:01

“Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçirilir. Bu müsabiqə çərçivəsində ölkə üzrə 1561 vakant yer elan etmişik. Ümumi müraciət edənlərin sayı isə təqribən 4700 nəfər olub”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib. 

Onun sözlərinə görə, müraciət edənlərin 2434 nəfəri imtahana buraxılıb, bu gün isə 1922 nəfər imtahanda iştirak edir: “Peşə təhsilinin keyfiyyətinin artırılmasında əsas şərtlərdən biri müəllim-pedaqoji və usta heyətinin əmək bazarının tələblərinə uyğun şəkildə tədrisi təşkil etmə bacarığıdır. Bu baxımdan ildən-ilə yeni ixtisaslar açıldıqca onları tədris edə bilən müəllimləri işə qəbul edirik”.

Ceyhun Kərəmov əlavə edib ki, imtahan Təhsil İnstitutu tərəfindən Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvan Muxtar Respublikasında təşkil olunur. İmtahanda əsasən ixtisas və pedaqoji yanaşma ilə bağlı suallar təqdim edilir. İmtahanda uğur qazanan müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər sentyabrın birinci yarısında işə qəbul ediləcəklər.

Şərhlər

Xəbər lenti

12 avqust, 17:39

“Hər gün eyni yerdən keçirəm, amma hər dəfə yenidən sevirəm” – Laçında təhsil alanlar

12 avqust, 17:35

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlanılıb

12 avqust, 17:09

Nurlan İsmayılbəyli: Texniki fənn müəllimlərinin tapılmasında çətinliklər var

12 avqust, 16:58

Nurlan İsmayılbəyli: Az saatlı vakant yerlər birləşdirilərək təqdim ediləcək

12 avqust, 16:32

Müalicə yollayışlarının necə faizini müraciət edən ödəyir? – RƏSMİ CAVAB

12 avqust, 15:24

Məktəbdə əlaçı, karatedə zirvədə – 11 yaşlı dünya çempionunun uğur hekayəsi 

12 avqust, 15:17

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

12 avqust, 15:01

Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?

12 avqust, 14:38

20 yaşlı azərbaycanlı gənclərin Amerikadakı uğuru böyük mesaj oldu!

12 avqust, 14:36

Qarabağ Universiteti VII Türkoloji “Yay məktəbi”nə ev sahibliyi edir

12 avqust, 14:14

Gələcəyin kodunu bu gün yazanlar – IOI qalibləri danışırlar

12 avqust, 14:04

Lənkəranda məktəbin tipinin dəyişdirilməsi ilə bağlı iddialara aydınlıq gətirildi

12 avqust, 13:51

125 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

12 avqust, 13:48

60 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

12 avqust, 13:44

Sertifikatlaşdırmanın müsahibə mərhələsi avqustun sonlarından başlayır – MÜTDA

12 avqust, 13:42

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb

12 avqust, 13:04

Bakı və Naftalanda yeni bağçalar fəaliyyətə başlayacaq

12 avqust, 12:53

Peşə təhsili almaq üçün müraciət edənlərin sayı dəfələrlə artıb – Ceyhun Kərəmov 

12 avqust, 12:51

Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib

12 avqust, 12:43

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.