Bütün xəbərlər
9 aprel, 11:30

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bəzi elmi müəssisələr universitetlərin tabeliyinə verilir, bəzi elmi-istehsalat birlikləri ləğv edilir, yeni elmi müssisələr yaradılır.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, elmin idarə edilməsinin yüksəldilməsi, səmərəliliyinin artırılması məqsədilə atılan bu addım Azərbaycan elminin gələcəyi ilə bağlı uğurlu nəticənin əldə ediləcəyindən xəbər verir:

“Azərbaycan elminin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində çox vacib prioritetlərdən birini təşkil edir. Ölkəmizdə elmə münasibət, dövlətin inkişafında elmin rolu düzgün müəyyənləşdirilib və elmin inkişafı üçün münbit şərait yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı da elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından islahat xarakteri daşıyır. Mühüm strateji sənəd olan Sərəncama əsasən, oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut – Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda, müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasının daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək”.

Millət vəkili bildirib ki, bu Sərəncamla bağlı həyata keçirilən addımlar Azərbaycan elminin tədqiqat mühitinin təkmilləşdirilməsində, elmi nəticələrin tətbiq yönümlü olmasında və beynəlxalq elmi əməkdaşlığın genişlənməsində yeni mərhələnin başlamasına şərait yaradacaq:

“Qeyd etdiyim kimi, Prezident cənab İlham Əliyevin imzaladığı strateji sənəd elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçməsinə, institutlararası əməkdaşlığın gücləndirilməsinə təkan olacaq. Eyni zamanda, təhsilin inkişafı üçün elmi araşdırmaların və innovasiyaların dəstəklənməsini aktuallaşdıracaq. Həm təhsil sisteminin inkişafında, həm də ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm addım olan Sərəncam bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılmasına, elmlə məşğul olan soydaşlarımızın, gənc alimlərin, tədqiqatçıların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılmasına yeniliklər gətirəcək. 

Müasir dövrün çağırışlarına uyğun olaraq, elm və təhsilin səmərəliliyinin daha da artırılması vacib məsələlərdəndir. Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxardığı kimi, elm sahəsində dövlət başçımızın imzaladığı Sərəncam elm və təhsil sahəsinə yeniliklər gətirəcək. Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə, Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi birbaşa elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcəkdir. Bir sözlə, sözügedən sənədin məqsədi Azərbaycanda elm və təhsilin inteqrasiyası, intellektual potensialın artırılmasıdır.

Elmi fəaliyyət çətin və məsuliyyətli yoldur. Ölkəmizdə elmin inkişafına ali səviyyədə dəstək göstərilir. Mühüm əhəmiyyət daşıyan elmi-tədqiqatların aparılması, yeni nəsil alimlərin formalaşması sahəsində xeyli uğurlar əldə edilib. Elmi-tədqiqat müəssisələrinin infrastrukturunun yenilənməsi məqsədilə çoxsaylı sərəncamlar imzalanıb, alimlərin sosial müdafiəsinin gücləndirilməsinə ünvanlanan qərarlar qəbul edilib. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam da yaxın gələcəkdə Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsinə təkan olacaq”, – deyə o bildirib.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.