
“Azərbaycan şagirdləri, həqiqətən də, çox bilikli və bacarıqlıdırlar”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "BilBacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərək deyib.
Deputat qeyd edib ki, şagirdlərin inkişafında müxtəlif müsabiqə və olimpiadaların rolu əvəzsizdir:
“Bu gün çoxsaylı bilikli gənclərimiz var, lakin həmin biliyi ifadə etmək bacarığı hər kəsdə olmaya bilər. Biz gənclərimizi yalnız biliyin deyil, həm də bacarıqlarının tətbiqinə yönəltməliyik. Müasir dövrdə müəssisələr əsasən səriştə tələb edir. Buna görə də şagirdlərimiz daim öz üzərində çalışmalı, bilik, bacarıq və yaradıcılıqlarını inkişaf etdirməlidirlər”.
Ceyhun Məmmədov əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir:
“Bilik həm də gücdür. Əgər sən biliklisənsə, deməli, güclüsən. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu cür müsabiqələr bacarıqlı gənclərin vaxtında aşkar olunması və istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər