Bütün xəbərlər
21 iyun, 12:19

“Ən vacib məqam odur ki, son illərdə müəllimlərin işə qəbulu imtahanlarında yüksək bal toplayaraq məktəblərdə fəaliyyətə başlayan namizədlər sertifikatlaşdırma prosesində də uğurla iştirak edirlər. Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlər vaxtında düzgün seçildiklərini sübut edirlər. Belə müəllimlərin nəticələri bir daha göstərir ki, onların seçimləri vaxtilə düzgün aparılıb və bu gün də etimadı doğruldurlar”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyanın “Xəbərimiz var” verilişində deyib.

N.Mehdiyeva bildirib ki, müəllimin əməyi birbaşa onun şagirdlərinin nailiyyətlərində əks olunur. Yaxşı müəllim yaxşı şagird deməkdir. Hazırda ölkə üzrə mərkəzləşdirilmiş qaydada 4 və 6-cı siniflərdə keçirilən monitorinqlərin nəticələri də bunu təsdiqləyir: “Belə ki, sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərin şagirdlərinin də nəticələri yüksək olur. Bu da onu göstərir ki, bu proseslər bir-birini tamamlayır və təhsilin keyfiyyətinə müsbət təsir edir”.

Onun sözlərinə görə, məktəblərdə aparılan müxtəlif keyfiyyət dəyərləndirmələri, təhlillər, müşahidələr və monitorinqlər onu göstərir ki, müəllimlər artıq öyrənməyə daha çox maraq göstərirlər. Son üç ildə ölkəmizdə müəllimlərin şəbəkələşməsi, bir-birilə dialoq qurması, təcrübə mübadiləsi aparması və birlikdə öyrənmək istəyi artıb. Bu isə təhsilin keyfiyyətinin davamlı yüksəlməsinə xidmət edir.

Şərhlər

Xəbər lenti

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.