Bütün xəbərlər
19 may, 11:32

Son illərdə bəzi məktəblərdə “Son zəng” tədbirlərinin dəbdəbəli şəkildə keçirilməsi müzakirələrə səbəb olur. Bir çox hallarda bu tədbirlər əsl mahiyyətindən uzaqlaşır, məktəbin nüfuzunu zədələyir.

Əslində, “Son zəng” tədbirləri necə keçirilməlidir? Narazılıq yaradan səbəblər hansılardır?

“Azərbaycan müəllimi” məsələ ilə bağlı məktəb direktorlarının fikirlərini öyrənib.

“Təhsil mühitinin əyləncə yönümlü şouya çevrilməsi yolverilməzdir”

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova hesab edir ki, “Son zəng” tədbirini məzunlar üçün həm həssas, həm də insan həyatının sanki dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu tədbirin əsas məqsədi məktəb həyatının, bəlkə də uşaqlıq dövrünün ən qayğısız illərinin başa çatdığını mənəvi və sosial baxımdan hiss etdirməkdir.

Məktəb direktoru “Azərbaycan müəllimi”nə açıqlamasında “Son zəng” narazılıqlarının səbəblərindən danışıb: “Təəssüf ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Elm və Təhsil Nazirliyinin tapşırıq və təlimatlarına baxmayaraq ayrı-ayrı nümunələrdə məzunlar və valideynlərin təkidi ilə müxtəlif səbəblərdən lüzumsuz rəqabət hissi, cəmiyyətin diqqətini çəkmək və ya sosial status nümayiş etdirmək və s. məqsədilə tədbirin əsas ideyasından uzaqlaşaraq təhsil mühitinin əyləncə yönümlü şouya çevrilməsinin şahidi oluruq ki, bu da yolverilməzdir!”.

Direktorun fikrincə, bu cür xoşagəlməz halların və ənənəvi “Son zəng” tədbirlərinin bayağı forma almamasının bir həll yolu var: “Bu, üst qurumların göndərdiyi müvafiq tapşırıq və tələbləri icra üçün əsas götürmək, şagirdlər arasında fərq qoymamaq, tədbirlərin qaydalarına vahid yanaşma və məktəb mühitinin cəmiyyətin siması olduğunu prioritet kimi qəbul etməkdir”.

“Orta ümumtəhsil məktəblərində bu məsələ ona görə çox hallanır ki, direktorlar işə qarışır”

Bakı şəhəri 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayevin fikrincə, “Son zəng” yaddaqalan formada keçirilməli, lakin ifrat dərəcədə təmtəraqdan imtina olunmalıdır: “2017-ci ildən məktəb direktoru işləyirəm. İşlədiyim dövrdə də “Son zəng” tədbirlərinin mənalı, yaddaqalan olmasının tərəfdarı olmuşam. Məktəb direktoru sinif otaqlarını təmir edən ustalarla, “Son zəng” dekoru hazırlayan heyətlə, kamera çəkilişi aparan şəxslə, restoranla, musiqiçilərlə, dərzi ilə əlbir deyilsə, narazılıq olmaz. Məktəb direktoru “Son zəng” tədbirinin tənzimlənməsini öz üzərinə götürüb hər şeyi öz tanışları vasitəsilə etmirsə, tədbirdə hər hansı problem yaranmaz".

Cavad Mustafayev bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən göndərilən protokolda rəsmi və bədii hissələrin ssenarisi qeyd edilib: “Həmin sənədə əsasən, sinif otaqlarının bəzədilməsinə, bayağı musiqilərə yer verilməsinə ehtiyac yoxdur. Ona görə məktəb rəhbərləri hər hansı tələb edə bilməz. Bir sinfin şagirdləri məzun lenti bağlayıb, o biriləri bağlamayanda dizayn pozulduğundan məsləhət verə bilərik ki, hamı eyni görünsün”.

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.