Bütün xəbərlər
20 iyun, 14:33

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanlarda ümumilikdə 2144 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1797 nəfər (1773 nəfər ingilis dili, 9  nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 3 əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə 1- 4 iyul tarixlərində həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.

Şərhlər

Xəbər lenti

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.