Bütün xəbərlər
4 avqust, 10:21

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanıb. Nəticə etibarilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bunlar sırasında "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

4 avqust, 12:49

“Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

4 avqust, 12:40

Yeni təyin olunan kollec direktorları kollektivə təqdim ediliblər

4 avqust, 12:36

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib

4 avqust, 12:23

Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər

4 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

4 avqust, 12:05

Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

4 avqust, 10:10

“Coursera” platformasında bir sıra kurslar ana dilimizə dublyaj olunub

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:30

Erməni vandalizminin tarixi şahidləri

4 avqust, 09:17

ADNSU-da “Açıq qapı" günü keçirilib

2 avqust, 21:15

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? – RƏSMİ CAVAB

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.