Bütün xəbərlər
2 avqust, 21:15

27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Məktəblilərimiz sözü gedən olimpiadada 1994-cü ildən iştirak edir və 1994-1999 illərdə 2 medal, 2000-2009 illərdə 2 medal, 2010-2019 illərdə 1 medal, 2020-2025 illərdə 11 medal qazanıblar.

https://stats.ioinformatics.org/results/AZE

Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atmışdılar. Həmçinin iki şagirdimizin dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşmışdırlar.

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Şərhlər

Xəbər lenti

4 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

4 avqust, 12:05

Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

4 avqust, 10:21

Dövlət Proqramı çərçivəsində magistraturaya qəbulun nəticələri açıqlanıb

4 avqust, 10:10

“Coursera” platformasında bir sıra kurslar ana dilimizə dublyaj olunub

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:30

Erməni vandalizminin tarixi şahidləri

4 avqust, 09:17

ADNSU-da “Açıq qapı" günü keçirilib

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? – RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 18:39

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.