Bütün xəbərlər
15 aprel, 19:55

Avstraliyada aparılan araşdırma nəticəsində ekran müddətinin valideyn-uşaq münasibətlərinə mənfi təsir etdiyi ortaya çıxıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, araşdırmanın nəticələri "Computers in Human Behavior" jurnalında dərc edilib.

Mütəxəssislər 4-6 yaşlı uşaqların qadcetdən istifadə vərdişləri haqqında araşdırma aparıblar. Məlum olub ki, məktəbəqədər yaşlı uşaqlar uzun müddət ekran qarşısında vaxt keçirdiyi zaman onların davranışları və sosial əlaqələri pisləşir.

Araşdırma qrupunun rəhbəri, Avstraliyanın Deakin Universitetinin əməkdaşı Ceklin Harverson bildirir ki, bu yaşda olan uşaqların valideynləri ilə sağlam münasibəti onların gələcək inkişafı üçün əsasdır.

Araşdırma 4-6 yaşlı övladı olan 83 min valideyndən alınan məlumatlar əsasında aparılıb. Məlum olub ki, ekrandan həddindən çox istifadə ümumilikdə psixososial rifahın azalması, davranış problemləri, zəif sosial fəaliyyət və valideyn-uşaq münasibətlərinin keyfiyyətinin azalmasına səbəb olur. Bununla belə, qeyd edilir ki, ekrandan istifadə zamanı məzmun və kontekst də böyük əhəmiyyət kəsb edir.

Həmçinin bildirilir ki, uşaqlar valideynləri ilə birlikdə rəqəmsal öyrənmə ilə məşğul olduqları zaman mənfi təsirlər daha az nəzərə çarpır. Bu da uşaqların təkcə ekran qarşısında keçirdikləri vaxtın miqdarının deyil, həm də onların nə etdikləri və kiminlə etdiklərinin önəmli olduğunu göstərir.  

Şərhlər

Xəbər lenti

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.