Bütün xəbərlər
28 dekabr, 17:47

Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər.

Görüşün əsas mövzusu məktəb idarəetməsinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi və digər müvafiq məsələlərlə bağlı olub.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin inzibati idarəetməsində mövcud problemlər və bu onların həlli istiqamətində atıla biləcək addımlardan söz açıb.

Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir  bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Həmçinin şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Bu prosesdə innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.

Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının  əhəmiyyətinə toxunan Emin Əmrullayev müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.

İcma ilə ünsiyyətin əhəmiyyətindən bəhs edən nazir məktəblərin yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin inkişafında əsas mərkəzlərdən biri olduğunu bildirərək valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsinin vacibliyini nəzərə çatdırıb. Əlavə edilib ki, bu əlaqələrin möhkəmləndirilməsi həm şagirdlərin, həm də valideynlərin təhsil prosesinə daha aktiv cəlb olunmasına şərait yaradacaq.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib, onların təklif və tövsiyələri dinlənilib.

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.