Bütün xəbərlər
24 yanvar, 20:32

Londonda keçirilən “Təhsil və texnologiya sərgisi Bett 2025” sərgisi davam edir. Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov “Bett 2025” çərçivəsində  Dünya Təhsil Forumunun direktoru Dominik Savaj  və Birləşmiş Krallığın Təhsilin İnkişafı Fondunun təsisçisi və sədri Karl Vard ilə görüş keçirib.

Bu barədə TİF-dən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, görüş zamanı müasir təhsil sistemlərinin inkişafına dair bir sıra aktual mövzular müzakirə edilib. Xüsusilə ekoloji dayanıqlı təhsil infrastrukturunun yaradılması, iqlim dəyişikliyi ilə mübarizədə təhsilin rolu və süni intellektin tədris prosesinə inteqrasiyası məsələləri diqqət mərkəzində olub. Tərəflər təhsildə sıfır emissiya prinsiplərinin tətbiqinin əhəmiyyətini və ekoloji cəhətdən təmiz təhsil müəssisələrinin təşviqini vurğulayıb. Bununla yanaşı, təhsilin iqtisadiyyatla əlaqələndirilməsi və təhsilin iqtisadi inkişafın sürətləndirilməsində oynadığı roldan da bəhs edilib.

Müasir dövrün ən mühüm çağırışlarından biri olan süni intellektin tədris prosesinə inteqrasiyası mövzusu da geniş şəkildə müzakirə edilib. Elnur Nəsibov süni intellektin müəllimlərin və tələbələrin fəaliyyətini necə dəyişə biləcəyi, tədris metodlarının necə daha səmərəli hala gətirilə biləcəyi barədə fikirlərini paylaşıb.

Bundan əlavə, görüşdə universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, elmi-tədqiqatların gücləndirilməsi və tədqiqat universitetlərinin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər həmçinin dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində təhsil layihələrinin maliyyələşdirilməsi və universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparıblar.

Elnur Nəsibov təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının (PPP) təhsil layihələrinin maliyyələşdirilməsi və təhsil infrastrukturunun inkişafında mühüm rol oynadığını bir daha vurğulayıb. O, qeyd edib ki, TİF bu istiqamətdə xüsusi fəaliyyət göstərir və artıq bir sıra mühüm addımlar atılıb. Məsələn, Fondun vasitəçiliyi ilə 7 məktəb, PPP çərçivəsində təmir olunur, bu da təhsil infrastrukturunun modernləşdirilməsinə və tədris mühitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm bir layihədir.

Müzakirələr zamanı Təhsilin İnkişafı Fondu ilə Dünya Təhsil Forumu və Birləşmiş Krallığın Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq barəsində razılıq əldə edilib.

1 /6

Şərhlər

Xəbər lenti

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbulu üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.