Bütün xəbərlər
16 oktyabr, 12:14

"Dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq təhsildə dövlət nəzarəti daim olmalıdır. Bu müəssisələrdə həm məzmun, həm də tədris baxımından tədrisə dövlət nəzarəti həyata keçirilir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusuna həsr olunmuş respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.

O bildirib ki təhsil bir neçə pillədən ibarətdir. Burada əsas məsələ din təhsilinin bu pillələrdə öz əksini necə tapmasıdır.

“Azərbaycanda ümumi təhsil dünyəvi təhsil və din haqda təhsil modeli üzərində qurulub. Yəni, ayrı-ayrı dinlər haqqında Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu, həyat bilgisi fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əksini tapır.

Eyni zamanda bu kontekstdə digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır və eyni anda yetmiş minə yaxın sinif otağında tədris aparılır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarətinin olmasıdır. Sinif otaqlarında dinin necə tədris olunması mühüm məqamdır. Məktəblərdə dinin tədrisi ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır".

Nazir daha bir məqama toxunaraq əlavə edib ki, kadr hazırlığında elə sahələr var ki, burada bakalavr və magistr üzrə ayrı-ayrı ixtisasların müəyyənləşdirilməsinə ehtiyac duyulmur:

"Məsələn tibb təhsilini nümunə gətirə bilərəm. Dünyanın heç bir yerində bu, bakalavr və magistr formasında bölünmür. Heç də məcburiyyət yoxdur ki, bütün ixtisasları bakalavr və magistra bölək. Yeni sahə yarananda, mütləq qaydada onun üçün  yeni ixtisas yaratmağa ehtiyac yoxdur. Bəzən təklif edirlər ki, yaşıl iqtisadiyyat ixtisası yaradaq. İqtisadiyyatı oxuyan adam sonra istəsə, bu sahədə məşğul ola bilər".

Emin Əmrullayevin sözlərinə görə, son dövrlər elmi məqalələrin sayında artım müşahidə edilir: "Çox istərdik ilahiyyat və din sahəsində də araşdırmalar istiqamətində bu artımı görək".

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.