Bütün xəbərlər
24 iyun, 18:18

İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb. Konfransa 7 ölkədən 230-dan çox iştirakçı qatılıb.

Konfransın rəsmi açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Emin Əmrullayev tədbir iştirakçıları ilə təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. Nazir həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən də bəhs edib.

Konfransın əsas məruzəçisi, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərin yaradılması” mövzusunda çıxış edərək müasir təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərində qurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. Qalib Məmməd milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını, müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlı sərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Konfransın ilk günü çərçivəsində keçirilən ilk panel müzakirəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın Amerika Keyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə ali təhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Konfransın ilk günü təhsil tədqiqatçılarının təhsildə rifah, süni intellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisi və təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimat və müzakirələrlə yekunlaşıb. 

Qeyd edək ki, konfrans üç gün davam edəcək.  

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.