
“Biz şagirdlər üçün ayrılan kompüterlərin məktəblərə çatdırılmasını da sürətləndirmək istəyirik. Çünki bu, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında müəyyən olunmuş əsas istiqamətlərdən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün keçirilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.
O qeyd edib ki, artıq ilk mərhələdə 40 minə yaxın kompüter şagirdlərimizə paylanılıb. İl sonuna qədər əlavə kompüterlərin də şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Bununla da şagirdlərin kompüter təminatı daha yüksək göstəriciyə çatdırılacaq:
“Üç ildir ki, “Rəqəmsal bacarıqlar” layihəsindən bəhs edirik və bu il layihənin əhatə dairəsi daha da genişlənir. Əgər ötən il 516 min şagird bu prosesdə təlimə cəlb olunmuşdusa, bu il artıq 565 min şagird “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris alacaq. Düşünürük ki, bu onların məntiqi və yaradıcı təfəkkürünün inkişafına mühüm töhfə verəcək. Layihə 2019-cu ildən tətbiq olunur və builki mərhələdə də ənənəvi rəqabətlər davam etdiriləcək. Layihənin coğrafiyası da daha da genişlənir, yeni tədris ilində bu təlimlərə qoşulacaq şagirdlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Ənənəvi rəqabət mərhələləri isə sentyabrın 30-u – oktyabrın əvvəlində keçiriləcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər