Bütün xəbərlər
12 sentyabr, 11:14

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təxminən 120 min uşaq təlimə cəlb olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

O qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görülür:

“Əhatə dairəsinə görə ikinci yerdə məktəbəhazırlıq qrupları dayanır və bu qruplarda yeni tədris ilindən 12 minə yaxın uşaq təlimə cəlb ediləcək. Üçüncü mühüm istiqamət icma əsaslı təlim qruplarıdır. Ötən il bu layihə çərçivəsində 1000 uşaq iştirak etmişdisə, bu il yeni tədris ilindən həmin qruplarda təxminən 22 min uşaq təlimə cəlb olunacaq”.

O əlavə edib ki, ötən il ilk dəfə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər yaşlı uşaqların özəl təhsil müəssisələrində təlimə cəlb edilməsi həyata keçirildi. Ötən il 1 500 uşaq bu layihədən yararlanmışdı. Planlaşdırılır ki, bu il oktyabr ayından etibarən təxminən 4 000 uşaq həmin platformadan faydalansın:

“Eyni zamanda mövcud ənənəvi bağçalarda infrastruktur tədbirlərimiz davam edir: tələbat olmayan kənd yerlərində qruplar bağlanır, daha yüksək tələbat olan bağçalarda isə əlavə qruplar açılır. Nəticədə minlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilir”.

Şərhlər

Xəbər lenti

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12 sentyabr, 14:08

“Dərs planları bir çox hallarda formal xarakter daşıyır” – Elnur Əliyev

12 sentyabr, 13:45

Almaniya Təhsil və Tədqiqat Nazirliyinin iki layihəsi üzərində işləyirəm – azərbaycanlı tədqiqatçı

12 sentyabr, 13:44

Elnur Əliyev: Sertifikasiya balı yüksək olan müəllimlərin şagirdləri də yaxşı nəticələr verir

12 sentyabr, 13:05

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq

12 sentyabr, 13:04

Eşqi Bağırov: Hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq

12 sentyabr, 12:55

Qazanılan uğurlar, qarşıda duran vəzifələr...

12 sentyabr, 12:52

Eşqi Bağırov: “Şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”

12 sentyabr, 12:25

“Milli fizika”, “milli riyaziyyat” olmur – Emin Əmrullayev

12 sentyabr, 12:17

“Biologiya” dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil – Nazir

12 sentyabr, 12:07

Yeni tədris ilində şimal-qərb bölgəsində 80 min 677 şagird təhsil alacaq

12 sentyabr, 12:05

Emin Əmrullayev: İbtidai təhsildə, dərsliklərdə problemlər var

12 sentyabr, 11:59

Nazir: Məktəbəqədər təhsilə gedənlər çoxaldıqca daha yaxşı nəticələr əldə edirik

12 sentyabr, 11:51

Nazir: “Mükəmməl sistemlər yeniliklər tətbiq edilən sistemlərdir”

12 sentyabr, 11:44

Məktəblərdə aparılan monitorinqlərin nəticəsi AÇIQLANDI

12 sentyabr, 11:40

Elnur Əliyev: Təhsildə keyfiyyətin artırılması istiqamətində ardıcıl addımlar atılır

12 sentyabr, 11:38

MDU-nun rektoru professor-müəllim heyəti ilə görüş keçirib

12 sentyabr, 10:59

Eşqi Bağırov: Məktəblərə 40 minə yaxın kompüter paylanılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.