Bütün xəbərlər
28 oktyabr, 12:09

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələləri keçirilib. Bakı şəhəri Nəsimi və Sabunçu rayon və Apellyasiya məhkəmələrində hakimlərin iştirakı ilə keçirilən səhnələşdirilmiş məhkəmə müsabiqəsində 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseylərinin şagirdlərindən ibarət komandalar finala vəsiqə qazanıblar.

Müsabiqənin final turu Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək.

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri izləyiblər.

Qeyd edək ki, BŞTİ-nin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin X-Xl sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılmasına, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə verilməsi məqsədilə keçirilir.

1 /16

Şərhlər

Xəbər lenti

9 iyul, 17:18

"Öz üzərində işləyən müəllim uğura çatır" – MİQ iştirakçılarının təəssüratları

9 iyul, 17:15

Coğrafiya fənni üzrə respublika birincisi oldu – 93.75 balla zirvədə

9 iyul, 17:09

Tələbələrin köçürülməsi prosesinə start verilir

9 iyul, 16:55

Gəncədə tarixlə diplomatiyanın görüşü

9 iyul, 16:38

“Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqlar qiymətləndirilib

9 iyul, 16:37

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

9 iyul, 16:14

MİQ-də ictimai nəzarət: İctimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

9 iyul, 15:53

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

9 iyul, 15:40

Zenfira Sevdimalı: MİQ-də şəffaflığın təmin edilməsi bizim üçün prioritetdir

9 iyul, 15:17

MİQ imtahanı ilə bağlı infotur təşkil olunub

9 iyul, 15:05

Ad günündə xəyalını gerçək etdi, MİQ-lə arzusuna çatdı

9 iyul, 13:30

Telefonu deyil, kitabı seçdilər – Yay tətilində belə dincəlirlər – SORĞU 

9 iyul, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

9 iyul, 12:49

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

9 iyul, 12:38

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

9 iyul, 11:29

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

9 iyul, 11:25

“MİQ həm də inkişafa yol açan platformadır” – İmtahanda uğur qazanan kənd müəllimi 

9 iyul, 11:22

"Peşə təhsili və insan kapitalı” jurnalının oxucularla növbəti görüşü

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.