
Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Elnurə İsmayılova və Ruhane Yaqubova tərəfindən təqdimat keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təqdimatın davamında gənc müəllimlərimiz üçün "Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması", "Sinfin idarəedilməsi və məktəb-şagird-valideyn üçbucağı" mövzularında seminar keçirilib.
Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər