
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə reallaşan “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı Gəncədə təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, ölkənin ikinci ən böyük şəhərində baş tutacaq festivalın ümumi mükafat fondu 41 200 manat (24 235 ABŞ dolları) təşkil edir.
Yarış A və B qruplarında keçiriləcək. A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə beynəlxalq reytinqi 1999-dək və reytinqsiz idmançılar mübarizə aparacaqlar. Festival çərçivəsində rapid və blits üzrə turnirlər də keçiriləcək, bu kateqoriyalarda reytinq məhdudiyyəti tətbiq olunmayacaq.
“Ganja Open” “Azərbaycan Şahmat Turu” layihəsində sayca yeddinci açıq tipli yarışdır və “Baku Open”dən sonra ən böyük mükafat fonduna malik olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər