
Mənfi qütblü tac dəliyi axınlarınının təsiri ilə bu gün G1 səviyyəli geomaqnit qasırğası davam edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilir ki, sonrakı günlərdə isə müsbət qütblü tac dəliyi axınlarınının təsiri ilə geomaqnit sahəsinin yenidən aktiv səviyyəyə yüksələcəyi gözlənilir. 12-18 may tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. Enerjisi 2 MeV-dən çox elektron selinin orta və yüksək, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər