Bütün xəbərlər
18 iyun, 16:49

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün bu gündən keçirilməyə başlanılan sertifikatlaşdırma imtahanında Naxçıvan Muxtar Respublikasının 3 müəllimi 57 bal toplayaraq yüksək nəticə əldə edib. 

“Azərbaycan müəllimi” həmin müəllimlərin imtahanla bağlı təəssüratlarını öyrənib.

Onlardan biri - Xəyalə Rzayeva Ordubad rayonu Dəstə kənd tam orta məktəbinin ingilis dili müəllimidir. Müəllimin fikrincə, imtahan nisbətən çətin idi, amma yaxşı nəticə göstərmək mümkün idi: “Son vaxtlar kurikulumla bağlı testlər edirdim, amma ixtisas mövzularını bildiyim üçün xüsusi hazırlaşmamışdım. Məncə, 11-ci sinfə dərs deyən bütün müəllimlər sualları asanlıqla yaza bilərlər. Proqramdan kənar heç bir əlavə sual yox idi. Sadə, gündəlik istifadə etdiyimiz kompüterlə işləmək çox rahat idi”.

Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərənlərdən biri də Babək rayonu Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynovadır. 57 bal toplayan müəllim imtahanın normal keçdiyini deyir. O, sertifikatlaşdırmada iştirak edəcək digər müəllimlərə tövsiyə edir ki, həyəcanlanmasınlar və rahat olsunlar. Əgər öz fənlərindən hazırlıqlıdırlarsa, mütləq yaxşı nəticə əldə edəcəklər.

İmtahanda 57 bal toplayan daha bir şəxs Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aysun Cəfərovadır. Deyir ki, müəllimlər çalışsalar, müsbət nəticə əldə edə bilərlər.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.