Bütün xəbərlər
12 may, 10:19

Sevda Hüseynlinin şans üzünə gülüb. Əvvəlcə Turizm və Menecment Universitetinin tələbəsi olmaq imkanı qazanıb. Sonra təhsilini davam etdirə bilmək üçün təhsil tələbə kreditindən xəbər tutub. Bununla da nəinki Azərbaycanda universitet təhsili almaq istəyini təmin edib, hətta anasının onun xaricdə təhsil alması ilə bağlı arzusunu belə reallaşdırıb, xaricdə təhsil almaq imkanı qazanıb.

“Hazırda İspaniyada tam təqaüdlü təhsil alıram və bu yol mənim üçün həyatımın ən böyük macəralarından biridir” – deyən Sevda bu böyük macəraya da məhz təhsil tələbə krediti sayəsində nail olub: “İspaniyada təhsil almağım təhsil tələbə krediti ilə reallaşmır, amma təhsil tələbə krediti sayəsindədir. Çünki təhsil tələbə krediti ala bilməsəydim, nə universitet təhsilimi tamamlayacaqdım, nə də bu proqrama qəbul olunacaq, indi burada olmayacaqdım”.

Sevdanı xoşbəxt tələbəliyə aparan erkən yaşlarından qarşısına qoyduğu hədəf və məqsədyönlü fəaliyyət olub: “Həyatı, özümü dərk edəndən bəri işləyirəm və bu illər ərzində həm turizm, həm də təhsil sahələrində çox maraqlı və dəyərli təcrübələr qazandım”. 

İlk təhsilini UNEC nəzdində Qida Sənayesi Kollecində “Marketinq” ixtisası üzrə alan Sevda Hüseynli hazırda Turizm və Menecment Universitetində “Menecment” ixtisasına yiyələnir. İngilis dilinə böyük marağı olduğunu deyir: “İxtisasım üçün lazım olmasa da, hələ orta ixtisas təhsili alandan ingilis dili biliklərimi inkişaf etdirməyə başladım. Harada olmağından asılı olmayaraq, hər hansı əlavə dildə danışıq bacarığı üstünlükdür. IELTS sertifikatı da daxil olmaqla, ingilis dili üzrə müxtəlif diplomlarım var. Yüzlərlə gəncə ingilis dilini öyrənməkdə kömək etdim və bu gün də iki fərqli dil kursu ilə əməkdaşlıq edirəm”.

Sevda Hüseynli təhsili üçün dövlətdən olduğu kimi, ailəsindən də böyük dəstək alıb: “Hər zaman özümə inanmışam və öz yolumu seçmişəm və yaxşı ki, ailəm hər zaman mənim fikirlərimi dəstəkləyib”.

S.Hüseynli sözlərinə əlavə edərək deyir: “Əsas məqsədim, başlıca prinsipim maliyyə azadlığına nail olmağımdır. Hazırda ödənişli əsaslarla təhsil alıram və ödənişlərimi də özüm edirəm, başqa sözlə, sadəcə özümə güvənərək təhsil alıram. Bu baxımdan, Təhsil Tələbə Krediti Fondunun dəstəyi ilə ödənişimi təmin etmək mənim üçün böyük fürsət oldu. Yaxşı ki, ölkəmizdə gənclərə, tələbələrə bu cür fürsətlər yaradılıb və nə yaxşı ki, fürsətlərdən birindən - təhsil tələbə krediti ilə oxumaq imkanından mən də yararlandım”.

Təhsil tələbə krediti ilə qazandığı və “həyatının ən böyük macərası” adlandırdığı İspaniyada təhsilə gəlincə, Sevda Hüseynlinin fikrincə, fərqli mədəniyyətlər insanın inkişafına daha çox təsir edir: “Azərbaycanda da təhsil çox yaxşıdır, amma inancım budur ki, fərqli mədəniyyətlər və təcrübələr insanın inkişafına daha çox təsir edir. Hər zaman yeniliklərə açıq olmuşam, fərqli iş təcrübələri, könüllülük proqramları və s. karyera planlamamda çox kömək olub. Düşünürəm ki, bu təcrübələr həm mənim, həm də ölkəmin gələcəyinə böyük töhfə verəcək. İspaniyada təhsilimi bitirdikdən sonra ölkəmə qayıdıb burada qazandığım bilikləri tətbiq edəcəyəm”.

Sevda gələcəklə bağlı böyük planlar qurub: “Magistr və PhD təhsillərimi Avropada davam etdirməyi, öyrəndiklərimi ölkəmizdə uğurla tətbiq etməyi planlaşdırıram”.

Onun yolu hələ uzundur: “Qarşımda hər gün yeni fürsətlər açılır, hər günüm bir təcrübə deməkdir. İnanıram ki, istədiklərimə çatmaq üçün gücüm var və bu yolda irəliləyəcəyəm”.

Yaşıdlarına da onun qədər qətiyyətli, məqsədyönlü olmağı tövsiyə edir: “Düşünürəm ki, mənim əldə etdiklərimə başqaları da nail ola bilər. Məsələn, çox fəal şəkildə könüllülük fəaliyyətinə qoşulmuşam. Formula 1, COP29 və başqa böyük tədbirlərin fəal iştirakçısı olmuşam. İndi də fürsət olduqca könüllülük fəaliyyətlərində iştirak edirəm. Məncə, insanın hədəfinə çatmağı üçün əsas olan özünəinamı, çətinliklərə qarşı durmağı və heç vaxt geriyə baxmamağıdır.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.