Bütün xəbərlər
12 may, 11:02

Aqil Abbas: “Ulu Öndərin gözəl bir sözü vardı: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün həqiqətən də Azərbaycan dünyaya günəş kimi doğur. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, biz xoşbəxt olmuşuq”.

“Məktəbdə” layihəsinin növbəti görüşü Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə təsadüf etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 336 nömrəli tam orta məktəbdə keçirilib. 

Görüşdə millət vəkili, yazıçı Aqil Abbas Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin inkişafı naminə misilsiz xidmətlər göstərdiyini, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmasını qeyd etdi.

Heydər Əliyev siyasətinin qələbəsi

Millət vəkili qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı: “Azərbaycan bir neçə yerə bölünəcəkdi. Heydər Əliyev gəldi, Azərbaycanın iqtisadiyyatını yaratdı, dövləti yenidən qurdu. Ulu Öndərin gözəl bir sözü vardı: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün həqiqətən də Azərbaycan dünyaya günəş kimi doğur. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, biz xoşbəxt olmuşuq. Biz bu gün Qarabağa qayıtmışıq, Şuşadan, Cıdır düzündən danışırıq. Heydər Əliyev həmişə deyirdi ki, biz Qarabağı azad edəcəyik, Şuşa alınacaq. Biz əvvəllər heç vaxt Azərbaycan xalqının tarixini özümüz yazmamışıq: ərəblər, farslar, başqaları yazıb. Heydər Əliyev Azərbaycan xalqının tarixini özü yazdı. Bu tarixin ardını da hazırda Prezident İlham Əliyev yazır”.

Ünsiyyətcil insan

Aqil Abbas Ulu Öndərlə şəxsən görüşdüyünü də xatırladı: “Mən Heydər Əliyevlə görüşmüşəm, söhbət etmişəm. 50 yaşım olanda o, mənə zəng vurdu, təbrik etdi, qiymətli hədiyyələr göndərdi. Onun media işçiləri, ədəbiyyat adamları ilə görüşlərində də iştirak etmişəm. Xalq şairi Məmməd Arazın yubiley tədbirində də söhbətimiz olmuşdu. Yadımdadır ki, foyedə Məmməd Arazın bir qolundan Ulu Öndər, bir qolundan mən tutmuşdum. Xeyli söhbət etdik. Ulu Öndər çox ünsiyyətcil insan idi, qarşısındakına şərait yaradırdı ki, vətəndaş kimi ona ürək sözlərini deyə biləsən. İlham Əliyev də elə ünsiyyətcildir. Qarabağda keçirilən tədbirlərdə mən dəfələrlə bunun şahidi olmuşam”.

Qarabağa böyük qayıdış

Millət vəkili Qarabağın 30 illik işğaldan azad olunmasına, bu torpaqlarda aparılan quruculuq işlərinə də toxundu: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa böyük qayıdış davam edir. Bu quruculuğu azad olan torpaqlarımızn hər bir yerində görmək mümkündür. Mən tez-tez o bölgəyə, həmçinin Ağdama gedirəm. Havasını udmağa gedirəm. İndi Ağdam çox soyuqdur, adam üşüyür. Şəhəri insanların nəfəsi qızdırır. Şəhər onda şəhər olur ki, orada adamlar yaşayır. Quruculuq işləri başa çatandan, insanlar məskunlaşandan sonra oralarda hər şey gözəl olacaq. İndi Ağdamda gözəl bir şəhər tikilir”.

Cıdır düzündən görünən Vətən

Yazıçı Şuşanın, Cıdır düzünün gözəlliklərindən də bəhs etdi: “Cıdır düzündən baxanda Vətən əl içi kimi görünür: laləli, nərgizli... Elə bil ki, bütün Vətəni o hündürlükdən görürsən. Bir dəfə bir jurnalist “deyirsiniz Şuşa, Cıdır düzü müqəddəsdir. Niyə müqəddəsdir”, - deyə soruşdu. Bilirsiniz, Cıdır düzü niyə müqəddəsdir? Orada Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Natəvan oturub. Məhəmməd bəy Cavanşir orada at çapıb, güləşib. O adamlara görə Cıdır düzü müqəddəsdir. Mən bir dəfə məktəbdə 100 məşhur şuşalının ad-soyadını yazdım. Sonra şuşalılar mənə daha 60 məşhur insanın adını yazıb göndərdilər. Bir balaca şəhər dünyaya 160 məşhur insan bəxş edə bilib. Elə təkcə Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun adını çəkmək kifayətdir...”

“Dolu” filminin davamı çəkiləcək

Yazıçı Qarabağ müharibəsindən bəhs edən “Dolu” əsəri əsasında çəkilən filmə də toxundu: “Mən Qarabağ haqqında məğlub olmuş bir xalqın taleyini, amma qələbəsini yazmışam. Əsgərlər komandirə qoşulub Qarabağa gedirlər. Səkkiz il sonra biz həmin yolla piyada Ağdama getdik. Mən “Dolu” filminin davamını yazmışam. Ssenarini Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Yəqin ki, ikinci “Dolu” filmi çəkiləcək”.

Yazıçılığı daha üstün sayıram

A.Abbas yazıçı və millət vəkili olmağın məsuliyyətindən də danışdı: “Hər ikisi məsuliyyətlidir. İnsan beş il millət vəkili ola bilər, amma yazıçısansa, ömürlük yazıçı olursan. Hər yazılan yazı əbədi qalan bir şeydir. Demirəm, mən böyük yazıçıyam, amma tarixi yazıçılardan öyrənmişəm. Bu mənada yazıçılığı daha üstün sayıram”.

“O vaxt komandanı dağılmağa qoymamışam”

A.Abbas Ağdam təmsilçisi “Qarabağ” Futbol Klubunun növbəti çempionluğuna da münasibət bildirdi: “Mən “Qarabağ” Futbol Klubunun prezidenti və təsisçisi olmuşam. O vaxt komandanı dağılmağa qoymamışam. Bu gün də komanda ilə bir yerdəyəm. Bugünlərdə “Qarabağ” klubu 12-ci dəfə Azərbaycan çempionu oldu. Bu qələbənin 11-i baş məşqçi Qurban Qurbanovun adı ilə bağlıdır. Mən istərdim ki, Azərbaycan çempionatı güclü olsun ki, “Qarabağ”ın rəqibi yaransın”.

“İlk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm”

A.Abbas müəllimlərin əməyini yüksək dəyərləndirərək ilk müəlliminin nəvazişini hələ də xatırladığını dedi: “Leyla adlı ilk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm. Şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində ibtidai müəllimin və sonrakı pillələrdə dərs deyən müəllimlərin, həmçinin təhsil müəssisələrinin rolu böyükdür. Müəllim əməyi ən yüksək dəyərə layiqdir”.

Millət vəkili görüşdə şagirdlərin mütaliəsinə, rəqəmsal dünyada mobil telefonlardan, sosial platformalardan aşırı istifadənin müsbət və zərərli tərəflərinə də toxundu, məktəblilərə tövsiyələrini verdi.

Mənbə: Kaspi.az

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.