
Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, rus bölməsi üzrə müsahibələrin keçirilməsi prosesi 31 may tarixində yekunlaşıb. Müsahibə prosesində övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə isə 03 iyun 2025-ci il tarixinə qədər baxılacaq.
Nəzərinizə çatdırırıq ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçiriləcək.
Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər