Bütün xəbərlər
30 may, 10:33

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək test imtahanı mərhələsində İbtidai sinif (Azərbaycan bölməsi) ixtisası üzrə iştirak edən namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Bu barədə “Azərbaycan müəllimi” Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir. 

Bildirilir ki, namizədlər Azərbaycan dili üzrə oxu bacarıqlarından 8, yazı bacarıqlarından 2, dil qaydalarından 10, riyaziyyat üzrə isə ədədlər və əməllər bölməsindən 8, cəbr və funksiyalardan 3, həndəsədən 4, ölçmədən 4, statistika və ehtimal bölməsindən isə 1 suala cavab verməlidirlər.

Azərbaycan dili fənni üzrə mövzular

1. Oxu (Mətn üzrə iş):
– Mətnin strukturunun müəyyən edilməsi
– Səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi
– İdeyanın müəyyənləşdirilməsi
– Problem və həll yolunun müəyyənləşdirilməsi
– Obrazların səciyyələndirilməsi
– Sözün kontekstə uyğun mənası (həqiqi və məcazi mənalar, semantika və s.)
– Ədəbi dilin normaları (nitq mədəniyyəti)
– Fikrin ümumiləşdirilməsi bacarığı
– Açıq və sətiraltı informasiyanın müəyyənləşdirilməsi

2. Yazı:
– Durğu işarələrinin işlənmə qaydaları
– Orfoqrafiya qaydaları
– Əməli yazılar

3. Dil qaydaları:
3.1. Fonetika
– Saitlər, samitlər
– Heca, vurğu
– Ahəng qanunu
– Orfoepiya və orfoqrafiya normaları
– Sözün səs tərkibinə görə təhlili

3.2. Leksika
– Sözün leksik və qrammatik mənası
– Həqiqi və məcazi mənalar
– Frazeoloji birləşmələr
– Təkmənalı və çoxmənalı sözlər
– Omonimlər, sinonimlər, antonimlər
– Terminlər

3.3. Sözün tərkibi və söz yaradıcılığı
– Leksik və qrammatik şəkilçilər
– Sözün quruluşca növləri
– Eyniköklü sözlər
– Sözün başlanğıc forması

3.4. Morfologiya
– İsim, sifət, say, əvəzlik, feil, zərf
– Əsas və köməkçi nitq hissələrinin fərqi
– Qoşma, bağlayıcı, ədat, modal sözlər, nida

3.5. Sintaksis
– Söz birləşmələri
– Mürəkkəb adlar
– Cümlə növləri (məqsəd və intonasiya üzrə)
– Cümlənin üzvləri
– Sadə və mürəkkəb cümlələrin fərqi

Riyaziyyat fənni üzrə mövzular

4. Ədədlər və əməllər:
– Ədəd anlayışı, strukturu, mərtəbə və sinif
– Çoxrəqəmli ədədlərin yazılışı
– Adi və qarışıq kəsrlər
– Onluq kəsrlər və onların toplanması/çıxılması
– Hesab əməlləri və onların xassələri
– Qalıqlı bölmə
– Təxminetmə və hesablamalar
– Ədədin bölən və bölünənləri
– Hissəyə və faizə görə ədədin tapılması
– Ədəd, yaş, sürət, kəsr və iş məsələləri

5. Cəbr və funksiyalar:
– Riyazi ifadələrin hesablanması
– Ədədi ifadələrin müqayisəsi
– Verilmiş dəyişən üzrə ifadənin qiyməti
– Tənlik və bərabərsizlik

6. Həndəsə:
– Həndəsi fiqurlar
– Bucaqlar
– Çoxbucaqlıların perimetri və sahəsi
– Kub və kuboidin səthi
– Həcm anlayışı

7. Ölçmə:
– Uzunluq, kütlə, tutum
– Vaxt və pul vahidləri

8. Statistika və ehtimal:
– Ədədi orta
– Ən çox rast gəlinən nəticə
– Ən böyük fərq
– Orta statistik nəticə
– Hadisənin başvermə ehtimalı

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.